Rusiyalı psixoloq Pavel Javnerov tətildə rəqəmsal gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb.
Mütəxəssis bildirib ki, iş mesajlarından narahatlıq keçirənlər bildirişləri söndürməlidir. Əks halda yüksək təşviş və nevrotik pozuntular yarana bilər.
"Vəzifəni itirmək qorxusu iş zənglərinə cavab verməyə məcbur edirsə, bu tükənməyə səbəb olur", - deyə psixoloq qeyd edib.
O, telefonu elə tənzimləməyi tövsiyə edib ki, heç bir bildiriş gəlməsin və tam istirahət mümkün olsun.












