Sakit Okeanın cənub akvatoriyasında yerləşən Tonqa Krallığında 5.2 maqnitudalı zəlzələ baş verib.
Avstraliyanın dövlət geologiya bürosunun məlumatına görə, yeraltı təkanların episentri paytaxt Nukualofadan 200 km cənubda yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Dağıntı və ya itki barədə məlumat yoxdur.
Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.












