ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin yaxınlığındakı 100 illik qolf meydançasını yenidən qurmaq planlarını açıqlayıb.
Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Tramp "East Potomac Golf Links" ictimai qolf sahəsini dünyanın ən yaxşısına çevirmək istəyir.
Tramp bazar günü bildirib ki, işlərə sentyabr ayında başlanacaq. O, bu məkanın suya və paytaxtın görməli yerlərinə gözəl mənzərəsi olduğunu vurğulayıb.
Prezidentin bəyanatı daxili işlər naziri və qolf memarı ilə birgə səfərdən sonra səsləndirilib. Əvvəllər bu layihə məhkəmə iddiasına səbəb olmuş, lakin sonradan kompromis əldə edilmişdi.












