ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyəri ilə bağlı maraqlı açıqlama verib.
"Fortune" jurnalına müsahibəsində Tramp bildirib ki, ABŞ-nin dəyəri yüzlərlə trilyon dollar təşkil edə bilər.
Jurnalistlər ondan daşınmaz əmlak mütəxəssisi kimi ABŞ-ni qiymətləndirməyi xahiş ediblər. O, hesablamalara təbii sərvətlər və Böyük Kanyon kimi abidələri də daxil edib.
"Bütün bunlar birlikdə yüzlərlə trilyon dollar edir", - deyə Tramp vurğulayıb.












