ABŞ Prezidenti Donald Tramp, Amerika şirkətlərinə rəqəmsal xidmət vergisi tətbiq edən ölkələri cəzalandıracağını açıqlayıb.
Tramp "Truth Social" platformasında yazıb: "Avropa ölkələri rəqəmsal xidmət vergisini müzakirə edir. Bəziləri artıq qərar verməyə yaxındır. Bu, həmin ölkələrə aydın mesaj olsun: ABŞ-yə ixrac edilən bütün mallara dərhal 100% gömrük rüsumu tətbiq ediləcək."












