ABŞ Prezidenti Donald Tramp, İranın Hörmüz boğazında “Apaçi” helikopterini vurduğunu təsdiqləyib.
Tramp, iyunun 9-da gecə saatlarında baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib.
“Yüksəkrütbəli hərbçilərimiz mənə bildirdi ki, İran helikopterimizi vurub. Buna cavab verilməlidir”, – deyə o qeyd edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə helikopterin iki heyət üzvünün xilas edildiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.












