ABŞ Prezidenti Donald Tramp İranla razılaşma ilə bağlı keçirdiyi iclası qərar qəbul etmədən başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksəkvəzifəli məmuruna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Trampın Ağ Evdəki görüşü təxminən iki saat davam edib, lakin prezident İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib.
Mənbə əlavə edib ki, administrasiya razılığa çox yaxın olduqlarını hesab edir, lakin İranın dondurulmuş vəsaitlərinin açılması da daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə mərhələsindədir.
Xatırladaq ki, Tramp köməkçiləri ilə keçirəcəyi müşavirədə İranla ilkin planda razılaşdırılmış sazişin təsdiqlənib-təsdiqlənməyəcəyinə dair mayın 29-da qəti qərar vermək niyyətində olduğunu bildirmişdi.












