ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı yeni açıqlama verib.
O, Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərə deyib: "Əgər düzgün cavablar almasaq, hadisələr çox sürətlə baş verəcək".
Tramp vurğulayıb ki, ABŞ hərəkətə keçməyə tam hazırdır. "Biz düzgün cavablar almalıyıq. Bunlar 100 faiz yaxşı cavablar olmalıdır", - deyə o qeyd edib.
ABŞ lideri razılaşmanın əldə olunması üçün bir neçə gün gözləməyə hazır olduğunu bildirib. Xatırladaq ki, mayın 18-də o, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə hərbi əməliyyatları təxirə salmaq qərarına gəlmişdi.











