Ağ Ev lideri Donald Tramp ABŞ-nin İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı xəbərlərin tamamilə yalan olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o bu barədə 'Truth Social' şəbəkəsində qeyd edib.
'İran heç vaxt nüvə silahına sahib olmamağa razılıq verib. ABŞ-nin İrana 300 milyon dollar ödəməsi xəbəri demokratlar tərəfindən yayılan saxta məlumatlardır' - Ağ Ev lideri deyə paylaşımında bildirib.
Qeyd edək ki, D.Tramp 300 milyon dollarlıq ödəniş barədə yazsa da, bundan əvvəl bəzi KİV İranın 300 milyard dollarlıq fonda çıxış əldə edə biləcəyi barədə xəbərlər dərc etmişdi.












