Bond.az White LogoBond.az Black Logo

Tramp: İrana zərər 2 trilyon dollar

ABŞ Prezidenti Donald Tramp İrana vurulan zərərin 2 trilyon dollar ola biləcəyini açıqladı. G7 sammitində çıxış edən Tramp maliyyə yardımının müzakirə olunmadığını bildirdi.

Elnur Tağıyev
Müəllif:Elnur Tağıyev- Senior Editor
|
0

ABŞ Prezidenti Donald Tramp bildirib ki, münaqişə nəticəsində İrana dəyən zərər 1.5-2 trilyon dollar arasında ola bilər. O, Tehranın maliyyə yardımı almayacağını da vurğulayıb.

Oxu.Az xəbər verir ki, Tramp bu sözləri "Böyük yeddilik" (G7) sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"Onlara investisiyalar lazımdır, çünki biz 1.5 trilyon dollar, bəlkə də 2 trilyon dollar həcmində zərər vurmuşuq. Kimsə onlara kömək etməli olacaq. Belə yardımın olacağına heç bir zəmanət yoxdur, bəlkə qonşular bir qədər kömək edərlər. Amma söhbət nəhəng məbləğdən gedir. Demək olar ki, heç kimin belə vəsaiti yoxdur. Lakin biz heç bir maliyyə məsələsini müzakirə etmirik, bu, yalan məlumat idi", - deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, zərbələrin dayandırılması regionda gəmiçiliyin bərpasına imkan verir. "Əgər əksinə hərəkət edib onları daha dörd gün bombardman etsəydim, tamamilə məhv etsəydim, buna görə mediadan mənfi reaksiyalar alacaqdım. Əgər bombardmanları davam etdirsək, yük gəmiləri hərəkət etməyəcək. Söhbət gündəlik 500-700 milyon dollardan gedir", - deyə o əlavə edib.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...