ABŞ Prezidenti Donald Tramp İranın dondurulmuş aktivlərinin bir hissəsinin ABŞ-dən ərzaq məhsullarının alınmasına yönəldiləcəyini açıqlayıb. Bu barədə TASS məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: "Dondurulmuş vəsaitlər ərzaq məhsullarının alınmasına sərf olunacaq. Həmin məhsullar isə yalnız Birləşmiş Ştatlardan, bizim fermerlərdən satın alınacaq". O, xüsusilə qarğıdalı və soya məhsullarının alınacağını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Qətərin İranın dondurulmuş aktivlərinin istifadəsinə nəzarət mexanizminin yaradılmasına dəstək verəcəyini açıqlamışdı.












