ABŞ Prezidenti Donald Tramp İranla sazişin iyunun 14-də imzalanacağını bildirib.
Bu barədə o, "Truth Social" platformasında yazıb.
Razılaşmadan sonra Hörmüz boğazının bütün gəmilər üçün açılması gözlənilir.
Tramp əlavə edib ki, münasibətlər əvvəlki administrasiyalardan daha yaxşı səviyyədədir.
O, həmçinin qeyd edib ki, ABŞ gələcək əməkdaşlığa ümid edir, lakin alternativ addımlar da var.
İranın zənginləşdirilmiş uranı məsələsi isə "uyğun vaxtda" həll ediləcək.












