Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News-a açıqlamasında bildirib ki, Prezident Donald Tramp yalnız ölkənin maraqlarına və milli təhlükəsizlik tələblərinə cavab verən sənədləri imzalayacaq.
Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Amerika xalqının mənafelərini təmin edəcək yekun müqavilə üçün danışıqları davam etdirəcək.
Levitt vurğulayıb: "Prezident Tramp dövlətimizin və milli təhlükəsizliyimizin maraqlarına xidmət etməyən heç bir sənədi imzalamayacaq".
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb. Sənəd hərbi əməliyyatların dayandırılması, 60 gün ərzində yekun saziş üzrə danışıqlar, sanksiyaların mərhələli ləğvi və İranın nüvə proqramının müzakirəsini nəzərdə tutur.












