ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Beyrutda “Hizbullah” hədəflərinə zərbələr endirməsi qərarından narazı qalıb.
Oxu.Az “Axios”a istinadən xəbər verir ki, Tramp jurnalist Barak Ravidə müsahibəsində bu barədə danışıb.
Tramp Netanyahuya “niyə bu zərbəni endirdin” deyə etiraz edib və onu sərt sözlərlə tənqid edib.
“Mən çox qəzəbli idim. Mən ona bunu açıq şəkildə dedim. Onun heç bir sağlam düşüncəsi yoxdur”, - deyə Tramp bildirib.
Tramp həmçinin Netanyahuya “Hizbullah”a qarşı əlavə zərbələr endirməməyi və bunun ABŞ-İran razılaşmasına təsir etməməsini tələb edib.
Jurnalistlərə görə, ABŞ və İran arasında razılaşma yaxın saatlarda ilkin olaraq rəqəmsal, sonra isə Avropada rəsmi şəkildə imzalana bilər.












