ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qlobal iqtisadi böhran riskini qəbul etməyə hazırdır.
O, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: "Nüvə silahı iqtisadi böhrandan daha təhlükəlidir. İqtisadi böhran pisdir, amma nüvə silahı daha ağır nəticələrə gətirib çıxara bilər".
Tramp vurğulayıb ki, əgər İran razılaşmalara əməl etməsə, Vaşinqton əlavə addımlar atmağa hazırdır.












