Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Putinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıq iyulun 5-də 1 saat 25 dəqiqə davam edib. Liderlər Rusiyanın ABŞ dövlətçiliyinə tarixi töhfəsini müzakirə ediblər.
Danışığın işgüzar və konstruktiv olduğu vurğulanıb. Putin Rusiyanın ABŞ-ın tarixi inkişafındakı roluna diqqət çəkib.
Həmçinin, Ukrayna böhranı və NATO sammiti də gündəmdə olub. Tramp atəşkəs və sülh üçün dəstək ifadə edib.












