ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsindən ilk dəfə istifadə edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
"Düzünü desəm, biz belə bir təyyarəni özümüz inşa edə bilməzdik, çünki bunun üçün tələb olunan məbləği xərcləməyə hazır olmazdıq. Onlar isə buna böyük pullar yatırıblar. Bir prezidentə yaraşan hər şeyi ediblər, yəni təhlükəsizliyi və hər cür əlavə tədbirləri, çox mürəkkəb texnoloji sistemləri tam təmin ediblər", - deyə Ağ Evin rəhbəri hava gəmisinin göyərtəsində Qətər hakimiyyəti barədə danışarkən bunları deyib.
Qeyd edək ki, sözügedən "Boeing 747-8" reaktiv təyyarəsinin dəyəri 400 milyon dollar qiymətləndirilir. Bu isə onu xarici bir dövlət tərəfindən ABŞ hökumətinə verilən potensial olaraq ən qiymətli hədiyyəyə çevirir.












