ABŞ Prezidenti Donald Tramp, İran generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi əməliyyatının ABŞ və İsrail tərəfindən birgə hazırlandığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp G7 sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
"Mən onu ölüm vadisində məhv etdim. O, təyyarədən düşdü və biz onu izlədik. İsrail bu hücumu etmək istəmirdi, amma mən qərar verdim", - deyə Tramp bildirib.
Qeyd edək ki, Süleymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanında raket zərbəsi ilə öldürülüb.












