Bond.az White LogoBond.az Black Logo

Tramp Tayvanı müstəqillikdən çəkinməyə çağırdı

ABŞ Prezidenti Donald Tramp Tayvanı müstəqillik cəhdlərindən çəkinməyə çağırıb. Çinlə danışıqlardan sonra maraqlı açıqlama.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

ABŞ Prezidenti Donald Tramp Tayvanı rəsmi müstəqillik əldə etmək cəhdlərindən çəkinməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb. ABŞ lideri bildirib ki, Taypeyin bu məsələdə Vaşinqtonun dəstəyinə arxalanmasını istəmir.

"Biz müharibə axtarışında deyilik. Əgər hər şey olduğu kimi qalsa, düşünürəm ki, bu, Çini qane edəcək. Lakin biz istəmirik ki, kimsə 'Birləşmiş Ştatlar bizi dəstəklədiyi üçün gəlin müstəqillik elan edək' desin", - deyə Donald Tramp qeyd edib.

Bununla yanaşı, Ağ Ev rəhbəri Tayvana 14 milyard dollar dəyərində hərbi yardım paketini imzalayıb-imzalamayacağını təsdiqləməkdən imtina edib. Sənəd ötən il ABŞ qanunvericiləri tərəfindən ilkin olaraq təsdiqlənsə də, hələ də rəsmi şəkildə qüvvəyə minməyib.

"Reuters" agentliyinin məlumatına görə, Tayvan Xarici İşlər Nazirliyi Trampın ada ilə bağlı fikirlərini nəzərə aldıqlarını bildirib. Qurum vurğulayıb ki, ABŞ silahlarının satışı Vaşinqtonun təhlükəsizlik öhdəliyinin bir hissəsidir və bu məsələ Tayvanla münasibətlər haqqında qanunda birbaşa əks olunub.

Qeyd edək ki, Donald Trampın Çin sədri Si Cinpinlə danışıqlar apardığı Pekinə ikigünlük səfəri bu gün başa çatıb. ABŞ dövlət katibi Marko Rubio səfərdən sonra Vaşinqtonun Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Tramp Tayvanı müstəqillikdən çəkinməyə çağırdı | Bond.az