ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçib və sağlamlıq göstəricilərinin ideal olduğunu açıqlayıb.
O, "Truth Social" platformasında yazıb: "Yalnız altı aydan bir keçirilən tibbi müayinədən keçdim. Uolter Rid hərbi-tibb mərkəzində yoxlanıldım. Bütün göstəricilər idealdır."
79 yaşlı Tramp üçün bu, son 13 ayda üçüncü tibbi yoxlanışdır. O, bu müddətdə iki dəfə diş həkiminə də müraciət edib.












