ABŞ Prezidenti Donald Tramp USMCA ticarət sazişi olmadan ölkənin daha yaxşı inkişaf edə biləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, Tramp Parisə gələrkən jurnalistlərə açıqlamasında "Sazişin olmamasını üstün tutardım, ancaq imzalaya da bilərəm" deyib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanada iyulun 1-dək sazişin yenilənməsini təsdiqləməli və ya çıxmaq niyyətini bildirməlidir. Danışıqlar davam edir.












