Antverpen Ümumdünya Almaz Mərkəzi (AWDC) ABŞ prezidenti Donald Trampa 321 brilyant qaşlı qızıl üzük hədiyyə edib. Bu, ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
Üzük Belçikadakı ABŞ səfiri Bill Vayta təqdim olunub. AWDC məlumatına görə, üzükdə 321 təbii brilyant və 75 müxtəlif qiymətli daş var.
Antverpen zərgərləri bildiriblər ki, ABŞ onların əsas ticarət tərəfdaşıdır. Üzük sıx iqtisadi əlaqələrin rəmzi olaraq hazırlanıb.
Zərgərlər yalnız təbii brilyantlardan istifadə edildiyini vurğulayıblar. Süni almazlardan fərqli olaraq, təbii brilyantlar unikal dəyərə malikdir.












