ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tomas Messi 2028-ci il prezident seçkisinə qatıla biləcəyini açıqlayıb.
"Washington Examiner" nəşri bildirir ki, konqresmen kütləvi tədbirdə çıxış edərək soruşub: "2028-ci ildə nə baş verəcək? Yenidən Konqresə namizədliyimi irəli sürməyimi istəyirsiniz?"
İzdiham onun prezidentliyə namizəd olması üçün şüarlar səsləndirib. Messi qeyd edib ki, tərəfdarları onun kampaniyada iştirakı üçün tutarlı arqumentlər gətiriblər.
Xatırladaq ki, Tramp Messini "bomj" adlandıraraq onun Konqresdən qovulmasını tələb etmişdi.












