ABŞ prezidentinin böyük oğlu Donald Tramp (kiçik) bu həftəsonu Baham adalarında model Bettina Andersonla evlənir.
Lakin Ağ Ev lideri Donald Tramp toya qatılmayacaq. O, İran və digər məsələlərə görə mərasimə gələ bilməyəcəyini deyib.
Toya yalnız 50 yaxın qohum və dost dəvət edilib.
Qeyd edək ki, oğul Trampın əvvəlki evliliyindən beş övladı var.











