ABŞ Prezidenti Donald Tramp, "Truth Social" platformasında verdiyi açıqlamada, "Tren de Aragua" cinayətkar qruplaşmasının liderinin məhv edildiyini bildirib.
Tramp, əməliyyatın ABŞ ordusu tərəfindən Venesuela ilə birgə həyata keçirildiyini vurğulayıb. O, "Mənim əmrimlə Cənub Komandanlığının endirdiyi ildırımsürətli zərbə ilə dünyanın ən qəddar terror təşkilatlarından biri olan 'Tren de Aragua'nın rəhbəri Nino Qerrero uğurla zərərsizləşdirildi" deyə qeyd edib.
Tramp həmçinin qruplaşmanı əvvəllər ABŞ-nin terror təşkilatları siyahısına daxil etdiyini xatırladıb.











