Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə çərçivə sazişinin mətni razılaşdırılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Nor Açində keçirilən seçkiqabağı mitinqdə bildirib ki, sənəd yekun imzalanmaya hazırdır.
"TRIPP layihəsi reallığa çevrilir. Yaxın vaxtlarda imzalanma baş tutacaq", - deyə Paşinyan vurğulayıb.











