Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Mütəxəssislər onların mənşəyini araşdırır.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Çəkisi 200 kq-dan çox olan dronlardan biri Kastamonunun Kuşkayası kəndində yaşayış evinin yaxınlığındakı bağa düşüb. Zərbə nəticəsində dron yanıb. Xəsarət alan yoxdur.
Digər dron isə Samsunun Karataş rayonunda yerli sakinlər tərəfindən tapılıb.












