Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla 8 nəfərin test nəticəsi müsbət çıxıb.
NTV telekanalının məlumatına görə, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 8 tanınmış şəxsin qan, saç və sidik nümunələri müsbət nəticələnib.
Testləri müsbət çıxanlar: Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpek. Onlara narkotik saxlama və istifadə ittihamı irəli sürülüb.












