Türkiyədə İstanbuldan İraqa gedən sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 40 nəfər yaralanıb, onların arasında uşaqlar da var.
Oxu.Az-ın məlumatına görə, qəza Ankara-Niğde magistral yolunun Aksaray şəhəri yaxınlığında baş verib. Sürücü idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb.
Avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi Aksaraydakı xəstəxanalara yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib.












