Türkiyənin Kırıkkale bölgəsində özəl şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində partlayış baş verib.
Hadisə nəticəsində iki nəfər həlak olub. Bu barədə "Haber Global" məlumat yayıb.
Kırıkkale valiliyi bildirib ki, partlayışdan sonra əraziyə operativ qurumlar göndərilib və təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.












