Türkiyədə turist avtobusu aşıb.
Hadisə nəticəsində 46 nəfər xəsarət alıb.
Avtobus Ankaradan Çanaqqalaya gedirmiş.
Naməlum səbəbdən yol kənarına çıxaraq tarlaya düşüb.
Qəza Yıldıran kəndi yaxınlığında baş verib.
45 sərnişin və sürücü xəsarət alıb.
Yaralılar xəstəxanalara çatdırılıb.
Vəziyyətləri normaldır və həyat təhlükələri yoxdur.












