Ukrayna ordusu Rusiya qoşunlarının təchizatı üçün vacib olan Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsünü sıradan çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.
İyunun 18-nə keçən gecə Ukrayna qüvvələri həmin körpüyə zərbələr endirib.
Körpü Rusiya üçün strateji əhəmiyyət daşıyır, çünki bu yolla cənub istiqamətində ağır texnika, sursat və yanacaq daşınır.












