Bond.az White LogoBond.az Black Logo

Ukrayna Moskvanı yanacaqla təmin edən stansiyanı vurdu

Ukrayna Təhlükəsizlik Xidməti bir ay ərzində ikinci dəfə Moskvanı yanacaqla təmin edən Vtorovo neftvurma stansiyasına dronlarla zərbə endirdi.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bir ay ərzində ikinci dəfə Rusiyanın Vladimirovsk vilayətindəki "Vtorovo" neftvurma stansiyasına dronlarla zərbə endirib. Stansiya Moskvayanacaqla təmin edir.

Bu barədə Oxu.Az Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı Rusiyaya təsir göstərmək üçün 40 günlük əməliyyat çərçivəsində UTX-nin "Alfa" qoşunları Vladimirovsk vilayətindəki "Vtorovo" xətti istehsal və dispetçer stansiyasına uğurlu zərbələr endiriblər", - deyə məlumatda bildirilib.

Bu stansiya "Transneft-Verxnyaya Volqa" ASC-nin strukturuna daxildir, ixrac limanlarına və daxili istehlakçılara yüngül neft məhsullarının vurulması (nəqli) üçün əsas logistika mərkəzidir.

"Vtorovo" üzərindən dizel yanacağının Moskvanın "Koltsevoy" (halqavari) neft məhsulları boru kəmərinə, oradan da Moskva ətrafındakı böyük neft anbarlarına nəqli həyata keçirilir.

Stansiya, həmçinin Baltik dənizi limanları vasitəsilə ixrac üçün neft məhsullarının tədarükünü təmin edir.

İlkin məlumata görə, UTX-nin PUA-ları (pilotsuz uçuş aparatı - dron) obyektin texniki binasına zərbə endirib və bundan sonra partlayış baş verib.

Xatırladaq ki, "Vtorovo" neftvurma stansiyasına ilkin hücum iyunun 10-da olub.

Bundan əlavə, Rusiyanın Vladimirovsk vilayətindəki "Lobkovo" stansiyası da həmin vaxt zərbəyə tuş gəlib.

Hər iki neftvurma stansiyasının yerləşdiyi ərazilərdə yanğınların göstəricisi olan termal (istilik) anomaliyalar qeydə alınıb.

Həmçinin mayın 24-də də "Vtorovo"ya zərbə endirilməsi barədə məlumat verilmişdi.

Digər Xəbərlər
Bu gün / 12:01
|
415

İrandan Bəhreynə PUA hücumu: XİN bəyanat yaydı

İran Bəhreynə PUA ilə hücum etdi. Xarici İşlər Nazirliyi bəyanat yayaraq hücumu pislədi. ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir.

0
Bu gün / 12:01
|
945

Rusiyada ad günü məclisində faciə: 2 yeniyetmə öldü

Rusiyanın Solneçnoqorsk şəhərində ad günü məclisində mefedron qəbulu nəticəsində iki yeniyetmə ölüb, altı nəfər xəstəxanaya yerləşdirilib.

0
Bu gün / 12:00
|
559

Rusiya Ukraynanın 2 MiQ-29 təyyarəsini vurdu

Rusiya Ukraynanın Nikolayev vilayətindəki aerodromda iki MiQ-29 təyyarəsini dronla məhv edib.

0
Bu gün / 11:30
|
943

Paşinyanın yeni mətbuat katibi Melanya Harutyunyan

Nikol Paşinyanın yeni mətbuat katibi 26 yaşlı Melanya Harutyunyan olacaq. O, Nazeli Baqdasaryanı əvəz edir.

0
Bu gün / 11:02
|
544

Kadir İnanır vəfat etdi

Kadir İnanır 77 yaşında vəfat etdi. Türk kinosunun əfsanəvi aktyoru üçün məşhurlardan başsağlığı mesajları.

0
Bu gün / 11:01
|
826

Yuta ştatında fəlakət: 6 gündür yanğın sönmür

ABŞ-nin Yuta ştatında meşə yanğını 6 gündür davam edir. Alov 29 min hektarı bürüyüb, 1000-dən çox yanğınsöndürən cəlb olunub.

0
Bu gün / 10:32
|
205

Anthropic-in süni intellekt modelinə qadağa qismən aradan qaldırıldı

ABŞ hökuməti Anthropic-in Claude Mythos 5 AI modelinə qismən icazə verdi. 100-dən çox təşkilat və dövlət qurumu modelə çıxış əldə edəcək.

0
Bu gün / 10:30
|
428

Rusiya Dnepropetrovskda kəndi ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində Novoskelevatoye kəndini nəzarətə götürüb. TASS-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

0
Bu gün / 10:00
|
916

Rusiyadan Ukraynaya raket hücumu: 32 yaralı

Rusiya Ukraynaya raket hücumu: Zaporojye, Xerson və Sumıda 32 yaralı. Dnepropetrovskda bir ölü.

0
Bu gün / 09:01
|
475

Tramp Boltonu 'dəli' adlandırdı: sərt cəza istədi

Tramp keçmiş müşaviri Boltonu 'dəli' adlandırdı və sərt cəza istədi. Bolton məxfi məlumatlarla bağlı təqsirini etiraf edib.

0
Bu gün / 08:32
|
934

Tramp yeni ABŞ pasportunun dizaynını təqdim etdi

ABŞ Prezidenti Donald Tramp yeni pasport dizaynını Truth Social-da təqdim etdi. Dizaynda prezidentin şəkli, Müstəqillik Bəyannaməsi mətni və Trambullun tablosu yer alır.

0
Bu gün / 08:31
|
640

Fransada anomal istilər: bağlı maşında 4 uşaq öldü

Fransada anomal istilər dörd uşağın bağlı avtomobillərdə ölümünə səbəb oldu. Marsel və Parisdəki hadisələr təfərrüatı ilə.

0
...
Ukrayna Moskvanı yanacaqla təmin edən stansiyanı vurdu | Bond.az