Kursk vilayətinin beş sakini də daxil olmaqla, yeddi mülki şəxs Ukrayna ərazisindən Rusiyaya qaytarılıb.
Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova bu barədə məlumat verib.
Ukrayna tərəfi ilə birgə humanitar işlər çərçivəsində rusiyalıların evlərinə qaytarılması təmin olunub.
Xatırladaq ki, iyunun 26-da Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub, 160 rus hərbçisi Ukrayna əsirliyindən qaytarılıb, qarşılıqlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin 160 hərbçisi təhvil verilib.












