Son günlər Ukraynada müharibə yenidən alovlanıb. Ölkədə yaşayan azərbaycanlılar da zərər çəkir. Həmyerlilərimiz xüsusilə Kiyevdə hava hücumlarının təsirini yaşayır.
Kiyev sakini İlyas Talıbov Baku TV-yə danışıb: "Maşınım deşik-deşik olub. Gecə üç radələrində güclü partlayış eşitdim. Əvvəlcə yaxın binaya düşdü, sonra başqa yerlərə. Hər tərəfdə xaos var idi. Benzin axırdı, binalar yanırdı."
Digər sakin Elşad Şahmərdanov bildirib: "Uzun müddətdir burada yaşayıram. Müharibə başlayandan raket və dron hücumları olur. Raket evə düşdü, bir jurnalist qadın həyatını itirdi. Xoşbəxtlikdən o gün evdə deyildik."












