Monakoda 29 iyunda baş vermiş partlayış, ukraynalı iş adamı Vadim Yermolayevə qarşı məqsədyönlü sui-qəsd cəhdi ola bilər.
Bu barədə "Ukrainskaya pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Hücum cinayət aləmin təmsilçiləri tərəfindən təşkil edilib və Dnepropetrovskdakı qanunsuz çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlıdır.
"Alef" korporasiyasının qurucusu olan sahibkar bir müddət əvvəl Kipr vətəndaşlığı almaq üçün Ukrayna pasportundan imtina edib.
Partlayış nəticəsində Yermolayev, həyat yoldaşı və övladı xəsarət alıb. Şübhəli şəxsin fotosu yayımlanıb.











