Uqanda Səhiyyə Nazirliyi ölkə ərazisində əl sıxışmaq və digər fiziki salamlaşma formalarına müvəqqəti qadağa qoyub. Bu qərar Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası fonunda qəbul edilib.
Nazirliyin nümayəndəsi Diana Atvayn bildirib ki, qadağa virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır. Artıq təmasda olan şəxslərin izlənilməsi və infeksiya ocaqlarının nəzarəti üçün xüsusi qruplar yaradılıb.
Yoluxduğu təsdiqlənən iki nəfərdən biri Konqo vətəndaşı olub və Kibuli Müsəlman Xəstəxanasında vəfat edib. Digər xəstə Mulaqo Xəstəxanasında müalicə alır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 7-də Konqonun İturi əyalətində Ebolanın yeni alovlandığını açıqlayıb.












