Rusiya FTX əməkdaşları Leninqrad vilayətinin Ust-Luqa limanında Belçikadan gələn qaz daşıyan gəmidə terror aktının qarşısını alıb.
"Arrhenius" adlı gəmiyə minalar yerləşdirilib. Əməliyyat İstintaq Komitəsi, Müdafiə Nazirliyi və qvardiya ilə birgə həyata keçirilib.
Gəmi mayın 20-də Belçikadan gəlib, Ust-Luqada dayandıqdan sonra Türkiyənin Samsun limanına yola düşməli idi. Sualtı müayinə zamanı dəniz maqnit minaları tipli partlayıcı qurğular tapılıb.
Hər qurğudakı plastik partlayıcı maddənin kütləsi təxminən 7 kq olub. Mütəxəssislər minaların Rusiya ərazi sularında quraşdırılmasının mümkün olmadığını bildirib.
Cinayət işi başlanılıb, axtarışlar davam edir.












