UVB-76, "Qiyamət günü radiosu" kimi tanınan sirli stansiya, ardıcıl ikinci gün efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb.
Oxu.Az xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:
"TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYUL 5422 8119".
Adətən UVB-76 davamlı uğultuya bənzər siqnal yayımlayır və yalnız nadir hallarda bu cür kodlaşdırılmış mesajlar ötürür. Bu səbəbdən ona "juzjalka" (uğultu radiosu) ləqəbi verilib.












