LUKOIL-in həmtəsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov Forbes jurnalının rusiyalı milyarderlərin ən zəngin varisləri siyahısına başçılıq edib.
Onun sərvəti 560 milyon dollar dəyərində qiymətləndirilir. Yusif Ələkbərov atasının şirkətində 0.2% paya sahibdir.
Onun həmçinin öz biznesi - "Ekto" holdinqi var. Holdinqə metal konstruksiyalar və sənaye avadanlıqları zavodu daxildir.
Reytinqdə ikinci yeri Viktoriya Mihelson, üçüncü yeri isə Andrey Melniçenkonun övladları tutub.












