Venesuelada güclü zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Valensiya şəhərindən 60 km şimal-qərbdə yerləşib.
Yeraltı təkanların maqnitudası 7.1 bal olaraq qiymətləndirilir. Karakasla Valensiya arasındakı məsafə təxminən 130 km-dir.
Güclü təkanlar nəticəsində paytaxt Karakasda bir neçə bina çöküb. Hadisə ilə bağlı araşdırmalar davam edir.











