Venesuelanın Apure ştatında PDVSA dövlət neft şirkətinin Quafita yatağındakı COLVEN-02 qazma qurğusunda partlayış baş verib.
Hadisə nəticəsində azı səkkiz işçi xəsarət alıb. Onlardan altısında II və III dərəcəli yanıqlar qeydə alınıb.
Yaralıların vəziyyəti ağır olduğu üçün Kolumbiyanın xilasedici xidmətləri tərəfindən sərhəddən keçirilərək Araukita bələdiyyəsindəki xəstəxanalara çatdırılıb.
PDVSA qəzanın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib. Yerli sakinlər partlayışı avadanlıqların aşınması və təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə əlaqələndirir.












