Venesuelada baş verən dəhşətli zəlzələ ölkə tarixində 1900-cü ildən bəri ən güclü seysmik hadisə kimi qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına istinadən "The New York Times" qəzeti məlumat yayıb.
1900-cü ildəki zəlzələnin maqnitudası 7.7 olub. O vaxt müasir ölçmə texnologiyaları olmadığı üçün güc dağıntılar əsasında qiymətləndirilib. 126 il əvvəl Karakasda baş verən zəlzələdə 21 nəfər ölüb, 50 nəfər yaralanıb. Təxminən 300 ev dağılıb, çoxları çadırlarda yaşamaq məcburiyyətində qalıb.
Qəzetə görə, kilsələrin dam qüllələri qırılıb, hökumət və universitet binaları zərər görüb.











