Venesuelada qeydə alınan iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1 450 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi məlumat yayıb.
Hazırda on minlərlə insanın itkin düşdüyü bildirilir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges sağ qalanların axtarışlarının davam etdiriləcəyini bəyan edib.
Hökumətin məlumatına əsasən, xüsusi təlim görmüş axtarış itləri və ağır texnika ilə təchiz olunmuş, dünyanın müxtəlif ölkələrindən 2 600-dən çox xilasedici ölkəyə gəlib.
Xatırladaq ki, Venesuelada güclü zəlzələlər iyunun 24-də axşam saatlarında baş verib. Təqribən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas təkanlardan sonra 214 afterşok müşahidə edilib.











