Venesuelada baş verən güclü zəlzələdən sonra xilasedicilər dağıntılar altında sağ insanları tapmaqda davam edir.
Karakas ərazisində axtarış aparan ABŞ xilasetmə qruplarının nümayəndələri CBS News-a danışıb.
Xilasedicilər altı gündür ki, çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında olan 44 yaşlı Erman Jil Floresi çıxarmağa çalışır. O, mühafizəçi işləyir və heç bir xəsarət almayıb, ona su ötürülüb, lakin plitələrin çökməsi təhlükəsi səbəbindən təmizləmə ləng aparılır.
Yerli rəsmilərə görə, 6.5 minə yaxın adam xilas edilib, 51 min nəfər itkin düşüb.
Zəlzələ iyunun 24-də axşam saatlarında baş verib. 7.2-7.5 maqnitudalı iki ardıcıl təkan qeydə alınıb. Episentrlər Yarakuy ştatında yerləşib. Rəsmi məlumata görə, 1 943 nəfər həlak olub, 10 571 nəfər yaralanıb, 28 380 nəfərə tibbi yardım göstərilir.











