Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2595-ə, yaralıların sayı isə 12 mindən çoxa çatıb.
Prezident Delsi Rodriges mətbuat konfransında bildirib ki, bütün səhiyyə sistemi 12 400 yaralını qəbul etmək üçün səfərbər olunub.
O qeyd edib ki, 189 bina dağılıb. La-Quayra ştatında demək olar ki, bütün dövlət məmurları həlak olub.
Rodriges deyib: “La-Quayrada bir çox qurumların rəhbərləri və demək olar ki, bütün məmurlar həyatını itirib”.
Zəlzələlər zamanı 855-dən çox bina zədələnib, 127-si tamamilə dağılıb. 800-dən çox afterşok qeydə alınıb.
İyulun 3-də hökumət ölkənin bərpası üçün iqtisadi tədbirlər elan edəcək. Xilasetmə işləri davam edir, 6462 nəfər xilas edilib.










