İyunun 24-də Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 1430 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "ElDiario" portalı Milli Assambleyanın sədri Xorxe Rodrigeslə söhbətə istinadən məlumat yayıb.
Rəsmi məlumatlara görə, 1430 nəfərin öldüyü təsdiqlənib, 3238 nəfər xəsarət alıb. Həmçinin, 3142 ailə evsiz qalıb və sığınacaqlarda yerləşdirilib.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib. Episentrlər Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib.











