ABŞ vitse-prezidenti Cey Di Vens "UnHerd" nəşrinə müsahibəsində Vaşinqton və Tehran arasında hərbi rabitə kanalının yaradılması ilə bağlı prinsipial razılıq əldə edildiyini bildirib.
Bu kanal İsveçrədə keçirilən danışıqların yekunlarına əsasən, gərginliyi azaltmaq və mübahisəli məsələləri tənzimləmək üçün nəzərdə tutulub.
Vensin sözlərinə görə, İran tərəfi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi ilə təmaslar qurmaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsini Dohaya göndərməyə razılıq verib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətlərinin İsveçrədəki görüşlərinin ilk raundu iyunun 22-də başa çatıb.











