Bond.az White LogoBond.az Black Logo

Vidadi Mustafayevin işi məhkəməyə təqdim edildi

Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevə qarşı cinayət işi məhkəməyə təqdim edilib. Ətraflı məlumat Bond.az-da.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevə qarşı cinayət işi Yekaterinburqun Leninski Rayon Məhkəməsinə daxil olub.

Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən xəbərinə görə, bu, məhkəmənin kartoteka məlumatlarında əksini tapıb.

Məlumata görə, Vidadi Mustafayevə qarşı üç fırıldaqçılıq maddəsi üzrə (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri) ittiham irəli sürülüb.

Bildirilir ki, cinayət ittihamlarından biri "Porsche" markalı avtomobilin alınması ilə bağlı ola bilər. Versiyalardan birinə görə, Vidadi Mustafayev Azərbaycan vətəndaşı olan tanışı Navruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib. Digər versiyaya görə, o, diaspor rəhbərinin müavini vəzifəsi üçün avtomobili və bir milyon rublu (23 min manat) alsa da, vədini yerinə yetirməyib. O, pulu və avtomobili qaytarmaqdan imtina etdikdə, Navruz Sadatov istintaq orqanlarına müraciət edib.

Vidadi Mustafayevin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında ona "Porsche"nin artıq müsadirə olunduğu bildirilib. Həbs olunduğu zaman o özünü günahkar hesab etməyib və öz mövqeyini ona böhtan atılması ilə müdafiə edib.

"Mənim fəaliyyətim cinayətkarlıqla əlaqəli deyil, mən quldur deyiləm", - deyə o bildirib.

Xatırladaq ki, Vidadi Mustafayev ötən ilin avqust ayında keçmiş diaspor lideri Şahin Şıxlinskinin həbsindən sonra Azərbaycan icmasına rəhbərlik etməyə başlayıb. Şahin Şıxlinski 24 il müddətinə azadlıqdan məhrum edilib.

Digər Xəbərlər
Bu gün / 09:31
|
631

Tramp Baydenin oğlu haqda: O da bacarar

Donald Tramp Co Baydenin oğlu Hanter Baydenin 2028-ci ildə prezidentlik yarışında uğur qazana biləcəyini bildirib.

0
Bu gün / 08:03
|
927

Almaniya naziri Putinə sülh çağırışı etdi

Almaniya xarici işlər naziri Yohann Vadeful Putinə Avropa iştirakı ilə Ukraynada sülh danışıqlarına çağırış edib.

0
Bu gün / 08:00
|
585

Oman neft terminalına PUA hücumu: partlayış

Omanın Mina əl-Fahal neft terminalında PUA hücumu nəticəsində partlayış olub, neft yüklənməsi dayandırılıb.

0
Bu gün / 07:31
|
810

İran ABŞ-ni vura biləcək raket hazırlamağı planlaşdırır

İranlı deputatlar Xameneiyə müraciət edərək ABŞ-ni vura biləcək qitələrarası ballistik raketlərin hazırlanmasına icazə istəyirlər.

0
Bu gün / 07:31
|
359

Dubay şeyxinin keçmiş həyat yoldaşı həbs edildi

Dubay şeyxinin keçmiş həyat yoldaşı Zeynəb Cavadlı uşaqlarının qəyyumluğu ilə bağlı münaqişə səbəbindən həbs edilib. Detallar məqalədə.

0
Bu gün / 07:00
|
765

"Gerald R. Ford" təyyarədaşıyan gəmisi təmirə göndərilir

ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi ağır zədələrlə üzləşib, uzunmüddətli təmirə göndərilir. Ətraflı məlumat CNN-də.

0
Bu gün / 06:31
|
724

Yaponiya və ABŞ süni intellektə 1 milyard dollar ayırır

ABŞ və Yaponiya süni intellekt tədqiqatlarına beş ildə 1 milyard dollar sərmayə qoyacaq. Strateji tərəfdaşlıq çərçivəsində birgə araşdırmalar aparılacaq.

0
Bu gün / 06:30
|
434

ABŞ Haitidən 240 miqrantı saxladı

ABŞ Haitidən 240 qeyri-qanuni miqrantı saxlayıb. Qayıq həddən artıq yüklənmişdi və batmaq təhlükəsi var idi.

0
Bu gün / 06:02
|
318

ABŞ jurnalisti Çin kəşfiyyatına işlədiyini etiraf etdi

ABŞ jurnalisti Tomas Veyr Pauken Çin kəşfiyyatına işlədiyini etiraf etdi. O, 15 il Çində yaşayıb və 100 min dollar alıb. Məhkəmə sentyabrın 1-də.

0
Bu gün / 06:00
|
827

Kuba liderindən ABŞ-yə cavab: Havana mübarizəyə hazırdır

Kuba Prezidenti Miqel Dias-Kanel ABŞ-nin yeni sanksiyalarına cavab verərək, Havannanın mübarizəyə hazır olduğunu bildirdi.

0
Bu gün / 05:31
|
916

Tailandda avtobus qəzası: 28 yaralı

Tailandda ikimərtəbəli sərnişin avtobusu aşıb, 28 nəfər yaralanıb. 5 nəfər ağır xəsarət alıb.

0
Bu gün / 05:30
|
369

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi, Ukraynaya hərbi yardımı artırdı. Detallar Bond.az-da.

0
...
Vidadi Mustafayevin işi məhkəməyə təqdim edildi | Bond.az