Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatması yaxınlaşdıqca istefa verə biləcəyini bildirib.
Bu barədə o, Çinə səfəri zamanı məlumat verib. “Tezliklə istefa verə bilərəm”, – deyə o qeyd edib.
Vuçiç ilk dəfə 2017-ci ildə prezident seçilib. 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Mayın 21-də Vuçiç parlament seçkisinin payızda keçiriləcəyini açıqlayıb. Xalq Skupşinasının sədri Ana Brnabiç hakim partiyanın Vuçiçi baş nazirliyə namizəd göstərəcəyini söyləyib.












